Erməni rejissor hərbçilərimizə qumbara atan terrorçuya mükafat verəcək

GÜNDƏM 14 noy 2021, 09:15

Erməni rejissor Arşak Zakaryanın rəhbərlik etdiyi “Ermənistan milli qvardiyası” adlı təşkilat Şuşa şəhəri yaxınlığında azərbaycanlı hərbçilərə qumbara atan Norayr Mirzoyana 1000 dollar yardım edəcək.

Bu  barədə adı çəkilən təşkilatın Facebook səhifəsində bildirilib.


“Ermənistan milli qvardiyası Norayr Mirzoyana (ailəsinə) 1000 dollar verəcək və əlavə təşəbbüslə çıxış edəcək”, deyə erməni rejissorun təşkilatı bəyan edib. Qurum Norayr Mirzoyanı “mübarizə lideri” adlandıraraq “onu tək qoymamaq hamımızın borcudur”, - deyə Ermənistana çağırış edib.


Arşak Zakaryanın QHT kimi fəaliyyət göstərən “Ermənistan milli qvardiyası” təşkilatın əslində Ermənistan Təhlükəsizlik Xidmətinə bağlı olduğuna dair məlumatlar var.

Terrorçu Mirzoyana yardım edən və onun timsalında terroru qəhrəmanlaşdıran bu qurum öz çağırışı ilə digər erməniləri Azərbaycana qarşı terrora təşviq edib.


Qeyd edək ki, bu o Arşak Zakaryandır ki, ötən il Vətən Müharibəsindən öncə Azərbaycanı təhdid edərək, işğalçı ambisiyasını ortaya qoymuş və Bakının belə zəbt olunacağı ilə bağlı sərsəm açıqlamalar vermişdi.

Birinci Qarabağ müharibəsində Azərbaycana qarşı döyüşmüş Arşak Zakaryanın Kəlbəcər işğal altında olanda orada müəyyən biznesi, restoranı  vardı. Arşak Zakaryan 2016-cı ildə baş verən "Aprel döyüşləri" zamanı video çəkərək Azərbaycanı hədələmiş, bir də müharibəyə başlayacağı təqdirdə erməni ordusunun Bakıyadək gedib çıxacağını bildirmişdi.
 

Xatırladaq ki, noyabrın 13-də erməni terrorçu Norayr Mirzoyan Şuşa yaxınlığında təxribat törədib. Rəsmi məlumata əsasən, avtomobillə Laçın şəhəri istiqamətində hərəkətdə olan N.Mirzoyan Şuşa şəhərinin Daşaltı kəndinin yaxınlığında maşından düşüb və orada xidmət aparan Azərbaycan Silahlı Qüvvələrinin əsgərlərinə doğru əl qumbarası atıb.

Hadisə nəticəsində üç azərbaycanlı hərbçi xəsarət alıb. /modern.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top