Ukraynada Vətən müharibəsinə həsr olunan çempionata start verildi — FOTOLAR

İDMAN 12 noy 2021, 16:05
Ukrayanın Lvov şəhərində yerli komandalar arasında Azərbaycanın Zəfər gününə həsr olunan futzal çempionatına start verilib.

“Report”un Şərqi Avropa bürosunun məlumatına görə, çempionat Lvov vilayəti Mini-Futbol Assosiyasiyası, Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin Gənclər və İdman Departamenti, konqresin Lvov üzrə nümayəndəliyinin birgə təşkilatçılığı ilə gerçəkləşib.

Departamentin və nümayəndəliyin rəhbəri Şəhriyar Məhərrəmov bildirib ki, çempionatda 10 komanda iştirak edir. Bunlar Ukraynanın “GlobalLogic”, “FlexoRes”, “Armiks”, “Kopa”, “QaliIO”, “FC Berkut”, “Ruh Family”, "Ekobudstil", "Graundteks" və “Karabakh Lvov”dur. Çempionat bir ay davam edəcək.

Yarışın açılışında Azərbaycanın 2020-ci il sentyabrın 27-də əks-hücumla başlatdığı 44 günlük Vətən müharibəsində həlak olan şəhidlərin ruhu yad olunub, qələbənin əhəmiyyətindən bəhs edilib.



Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top