Şuşada (1887), Xocalıda ( 2021) tikilən kilsələrin oxşar mahiyyəti: R.Muradovun səfərinin əsl səbəbi...

QARABAĞ 11 noy 2021, 13:43
Neçə gündür, Qarabağdakı sülhməramlı sayılan kontingentin ilk komandanı, general-leytenant Rüstəm Muradov  Qarabağa təşrif buyurmasının əsl səbəbini  axtarırdıq.

Adalet.az Nevs.am saytına istinadən bildirir ki,  sabiq komendant  hələ  bu ilin yanvar- fevral  ayında  Xocalı rayonu ərazisindəki ( hava limanı yaxınlığındakı)  hərbi şəhərciyin ərazisində ilk pravoslav kilsəsinin təməlqoyma mərasimini təşkil etmişdi. Zaman gəldi yetişdi və ötən gün həmin kilsənin açılış mərasimi oldu. 

 Açılış mərasimində Cənub Hərbi Dairəsi komandanının müavini Rüstəm Muradovla birgə Rusiyanın Dağlıq Qarabağdakı sülhməramlı kontingentinin komandanı Gennadi Anaşkin iştirak edib.

“Təəssüf ki, Qarabağda heç bir rus kilsəsi salamat qalmayıb. Sovet illərində hamısı bolşeviklər tərəfindən dağıdılıb və bu vəziyyətdə "Məsihin Dirilişi" rus pravoslav kilsəsi müqəddəs, tarixi əhəmiyyət kəsb edir”, - Xankəndidəki rus icmasının sədri Aleksandr Bodrov bildirib.

Özü müsəlman olan  Muradov “əkdiyi ağacın ” barını dərməyə şəxsən gəlməsi, açılış mərasimində iştirak etməsi, erməni xalqına xidmət etməsini sərgiləməsi əslində yaxın gələcəkdə Qarabağda yenidən  dəhşətli ssenarilərin baş verəcəyinə bir eyhamdır. 



Xüsusi Qeyd: Bildiyiniz kimi Ermənistan mətbuatı mütəmadi olaraq saxta dəlillər gətirərək Şuşa şəhərində “erməni” kilsəsinin azərbaycanlılar tərəfindən “dağıdılacağı” barədə dezinformasiyalar yayır və xristian ölkələrində Azərbaycan respublikasına qarşı qıcıq yaradır, düşmənçilik  toxumları əkir. Halbuki o erməni qriqorian kilsəsi deyil, 
Mədəni dəyərlər üzrə tədqiqatçı ekspert, Beynəlxalq Memarlar Akademiyasının Moskva şöbəsinin professoru, Azərbaycan Memarlar İttifaqının İdarə Heyətinin üzvü Faiq İsmayılovun fikrincə, 1805-ci ildə Qarabağ xanlığını devirməyə nail olan çar hökuməti digər bölgələrimizlə bərabər öz mənzil qərargahını Şuşa şəhərində də yaratdı.


O dövrdə Şuşa şəhərində xristian kilsəsi yox idi. Rus əsgərlərinin ibadəti üçün isə kilsənin yaradılmasına ehtiyac var idi. Müharibələr nəticəsində iqtisadi cəhətdən zəif olan Rusiyanın şəhərdə quruculuq işləri aparmağa imkanı yox idi. Odur ki, ordu rəhbərliyi xanlığın divanxanasının qülləsindən zəng asdıraraq burada rus əsgərlərinin ibadəti üçün şərait yaratdı. 1806-cı ildə ruslar tərəfindən divanxananın yanında zəng qülləsi tikilmişdir. Lakin zaman keçdikcə Qarabağ xanlığının divanxanası rus ordusu komandanlığı tərəfindən, təmir edilərək kilsə stilinə uyğunlaşdırılırdı və sonrakı dövrlərdə daha iki kilsə inşa edildi. Şuşa şəhərindəki rus pravoslav kilsəsinin 1887-ci ildə inşa edildiyi barədə arxiv sənədləri mövcuddur. Zaman keçdikcə kilsələrin də tərəqqiyə uyğun xarici görkəmi dəyişdirilirdi.



Qarabağda erməni kilsəsinin fəaliyyəti Erməni Qriqorian Kilsəsinin rəhbəri II Vazgen tərəfindən Parqev Martinosyanın 1989-cu ildə Dağlıq Qarabağ bölgəsinə arxiyepiskop təyin edilməsindən sonra başlamışdır. Bufakt göstərir ki, Şuşada erməni Qriqoryan kilsəsi olmayıb"

Bəli, buna baxmayaraq, rusların təməlini qoyduğu hər tikinti əleyhimizə işləyəcək ən böyük fakt olaraq ermənilərin xeyrinədir.  

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top