Hərbi hissədə hərbi təlim toplanışı başa çatıb — VİDEO

HƏRBİ 07 noy 2021, 20:51

Müdafiə nazirinin təsdiq etdiyi 2021-ci il üçün hazırlıq planına əsasən oktyabrın 25-dən N nömrəli hərbi hissədə keçirilən hərbi təlim toplanışı başa çatıb.

Müdafiə Nazirliyindən verilən məlumata görə, ehtiyatda olan bir qrup hərbi vəzifəlilərin cəlb olunduğu təlim toplanışında hərbi vəzifəlilər əvvəllər qazandıqları döyüş vərdişlərini, hərbi ixtisaslarını və təcrübələrini təkmilləşdirməklə yanaşı, ordumuzda olan müasir silahlar, hərbi texnika nümunələri ilə yaxından tanış olmaq, onların istismar qaydalarını öyrənmək imkanı əldə ediblər.

Toplanışda fərqlənən hərbi vəzifəlilər təltif olunduqdan sonra Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin kollektivi tərəfindən musiqi nömrələri təqdim edilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top