Ata iki qızı ilə illərlə cinsi əlaqədə oldu, onlar bunu videoya çəkib polisə getdilər — İnanılmaz olayın təfərrüatı

KRİMİNAL 06 noy 2021, 11:52
Bakının Qaradağ rayonunda 1965-ci il təvəllüdlü Sahib Şıxıyev iki qızına təcavüz etməsi ilə bağlı məhkəmə prosesi keçirilib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, Sahib 2010-cu ildən etibarən mütəmadi olaraq aşkar surətdə on dörd yaşına çatmayan qızları - 2001-ci il təvəllüdlü Bönövşə (adlar şərti verilib – red.) və 2003-cü il təvəllüdlü Nigarı yaşadığı Qaradağ rayonu, Lökbatan qəsəbəsindəki evində öz cinsi ehtirasını təmin etmək niyyəti ilə mətbəx bıçağı ilə onları hədələyib, onların köməksiz vəziyyətlərindən istifadə etməklə, onlarla həm birlikdə, həm də ayrı-ayrılıqda zorla cinsi əlaqədə olub.

Eyni zamanda zorla hər iki qızı ilə oral qaydada seksual xarakterli intim münasibətdə olub, onlara qarşı seksual xarakterli digər zorakılıq hərəkətləri edib.

Sahib 7 iyul 2018-ci ildə qızı Bönövşə ilə zorla cinsi əlaqədə olmaq istəyib. Bənövşə ona müqavimət göstərdikdə sonuncunun müqavimətini qırmaq məqsədilə bıçağın dəstəyi ilə ona başının təpə nahiyəsinin əzilmiş yarası xəsarəti yetirib.

Sahib Bənövşənin müqavimətini qırıb, sonuncu ilə zorla cinsi əlaqədə olub. O, 11 iyun 2021-ci ildə, saat 11.00-da mənzilin yataq otağında qızı Bənövşə ilə cinsi əlaqədə olmaq istədiyini deyib. Sonuncu buna etiraz etdikdə o, Bənövşə ilə zorla cinsi əlaqədə olmaq qərarına gəlib.

Sahib Bənövşəni bıçaqla öldürməklə hədələyərək onun müqavimətini qırıb, əvvəlcə zorla onunla oral qaydada seksual xarakterli hərəktlər edib. Bundan sonra sonuncu ilə zorla cinsi əlaqədə olub.

“Sözüm yoxdur”

İstintaq orqanı tərəfindən Sahibin barəsində Cinayət Məcəlləsinin 149.3.3-cü (təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində zorlama) və 150.3.3-cü (təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində seksual xarakterli hərəkətlər etmək) maddələri ilə ittiham elan edilib.

Cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Növruz Kərimovun icraatında araşdırılıb.

Məhkəmədə ifadə verən Sahib ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O, qeyd edib ki, qızlarına qarşı heç bir cinsi xarakterli hərəkət etməyib: “Qızlarım ilə normal münasibətələrim olub. Qızlarım mənə böhtan atırlar. Bunun səbəbini bilmirəm. Qızlarım ilə cinsi əlaqədə olmağım barədə vido çəkliş montaj olunub. Kim bunu edibsə, bilmirəm. Qızlarımdan məni bağışlamaqlarını xahiş edirəm. Başqa sözüm yoxdur”.

“Arvadımın işi ilə bağlı heç bir məlumatım olmayıb”

Sahib ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərib ki, ailə üzvləri ilə birlikdə yaşayır: “Ailəm özüm, arvadım Məlahət, qızlarım – Bənövşə, Nigar olmaqla 4 nəfərdən ibarət olmuşuq. 1990-cı ildən 2000-ci ilədək mühəndis vəzifəsində işləmişəm. 2000-ci ildə işlədiyim idarə ləğv olunub. 2000-ci ildə Məlahət ilə rəsmi qaydada ailə həyatı qurmuşam. Bizim  birgə nikahımızdan Bənövşə və Nigar adlı qızlarımız olub. Hər iki qızım Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən orta məktəbdə təhsil alıblar. Böyük qızım Bənövşə hal-hazırda Memarlıq və İnşaat universitetinin nəzdində olan Memarlıq və İnşaat kollecinin üçücü kursunda təhsil alır. Qızlarım heç bir yerdə işləmirlər. Arvadım Məlahət fərdi işlə məşğul olub. Lakin arvadımın harada işləməsi barədə mənim heç bir məlumatım olmayıb”.

“Qızlarım mənə yaxınlıq edib”

Sahib qeyd edib ki, 2008-ci ildən onun arvadı ilə aralarında münasibətləri pozulub: “Demək olar ki, biz hər gün evdə sözlə mübahisə etmişik. Arvadım ilə münasibətimin olmamasının səbəbi onun başqa şəxslərə münasibətinin olması olub. Qızlarım Bənövşə və Nigar ilə münasibətim əladır. Bizim aramızda heç bir problem olmayıb. Qızlarım Bənövşə və Nigar ilə 6 yaşından etibarən cinsi əlaqədə olmamışam. Qızlarım 16 yaşı olduqdan sonra qızlarım özləri mənə yaxınlaşaraq cinsi münasibətdə olmaq istədiklərini dedi. Mən isə qızlarıma etiraz etmədim. Bəmövşə ilə cinsi əlaqədə olmuşam. Bənövşə ilə cinsi əlaqədə olan zaman digər seksual xarakterli hərəkətlər edib. Nigar ilə heç vaxt cinsi əlaqədə olmamışam”.

“Arvadım qızımla cinsi əlaqədə olmağımı istəyib”

Təqsirləndirilən şəxsin sözlərinə görə, 2021-ci ilin iyunun 11-də Bənövşə ona üzünü qırxmaq istədiyini deyib: “Həmin vaxt qızım mənim paltarlarımı təmiz soyundurdu. İlk əvvəl qızım mənim üzümü qırxdı, daha sonra qolumun altını, digər yerlərimi qırxmaq istədi. Mən isə qızıma etiraz etmədim (Sahib bu zaman hamamda qızı ilə intim münasibətdə olmasını çırpaqlığı ilə danışır. Bu səbəbdən onun ifadəsinin bu hissəsini təqdim etmirik – red.)”.

Təqsirləndirilən şəxsin sözlərinə görə, şəkərli diabet xəstəliyindən, eyni zamanda psixoloji problemdən əziyyət çəkib: “Bununla bağlı Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən 19 saylı poliklinikada müalicə olunmuşam. Heç vaxt Nigarla cinsi əlaqədə olmamışam. Bənövşə ilə cinsi əlaqədə olduğum zaman qızım Nigar və arvadım Məlahət yataq otağında olub. Dəfələrlə Məlahət mənə Bənövşə tanımadığı şəxslərlə cinsi əlaqədə olmamamsı üçün onunla cinsi əlaqədə olmağımı bildirib. Mən də heç vaxt Məlahətə etiraz etməmişəm. Bənövşənin öz istəyi ilə cinsi əlaqədə olmuşam”.

“13 yaşımda başa düşdüm, artıq gec oldu”

Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Bənövşənin sözlərinə görə, atası Sahib heç yerdə işləmir, bütün günü evdə olub: “Atam ilə anamın münasibətləri əvvəl normal idi. Təxminən beş ildir ki, onların münasibətləri pozulub. Atam da spirtli içki aludəçisi idi. Tez-tez spirtli içki qəbul edib, evdə dava salırdı. Anam da evlərdə uşaqlara baxıb, ailəni dolandırırdı. Mən kollecdə təhsil alıram. Bacım Nigar 2019-cu ildə orta məktəbin 11-ci sinfini bitirib, heç yerdə oxumur. Mənim altı yaşım olduğu vaxtdan etibarən atam mənimlə təbii yolla cinsi əlaqə olmağa başlayıb. Həmin vaxt uşaq olmuşam. Atam da mənə ata ilə qızın təbii yolla cinsi əlaqədə olmasının lazım olduğunu, bu əlaqənin olmasının vacib olduğunu deyirdi. Mən də uşaq kimi bunun normal qəbul etmişəm. Təxminən 13 yaşım olduğu vaxtdan sonra bunun normal olmadığını başa düşdüm. Lakin artıq gec oldu. Çünki həmin vaxtdan etibarən də atam məni öldürəcəyi və bu barədə başqasına məlumat verəcəyi ilə hədələdi”.

“Atamın bacımla cinsi əlaqədə olduğunu görmüşəm”

Bənövşə qeyd edib ki, atası hər həftə onunla təbii yolla cinsi əlaqədə olub: “Qorxumdan atama müqavimət göstərə bilməmişəm. Atam mənimlə təbii yolla cinsi əlaqədə olduğu vaxt özümü sıxmışam, mənimlə tam cinsi əlaqədə olmasına imkan verməmişəm. Atam məndən başqa bacım Nigarla da təbii yolla cinsi əlaqədə olub. Atam Nigarla da onun 6 yaşı olduğu vaxtdan təbii yolla cinsi əlaqədə olub. Atam mənimlə cinsi əlaqədə olduğu vaxt çox zaman bizi bir yerdə görməsin deyə Nigarı mətbəxə, Nigarla cinsi əlaqədə olanda məni mətbəxə göndərirdi. Mən özüm otağa keçərək atamın bacımla cinsi əlaqədə olduğunu görmüşəm. Atam içkili olduğu vaxt bizim hər ikimiz ilə birlikdə cinsi əlaqədə olub, bunun daha maraqlı olduğunu deyirdi. Atamızdan qorxduğumuzdan bu barədə heç kimə deməmişik. Atam bizimlə cinsi əlaqədə olan vaxtı evdə bizdən başqa heç kim olmayıb. Anam da hər gün səhər saat 08.00-dən işə gedib, axşam saat 19-da evə gəlib. Biz anamıza bu barədə bir söz deməmişik. Buna deməməyə səbəb atamızın bizi öldürəcəyi ilə hədələməsi olub”.

“Cinsi münasibətdə olmağımızı telefonuna çəkdi”

Bənövşənin ifadəsinə görə, 2021-ci il iyunun 10-da o və bacısı artıq atasının onlara qarşı etdiyi tərbiyyəsiz hərəkətlərdən bezib, bu barədə anasına danışıblar: “Anam bizə inmadığını deyərək, belə şeyin ola bilməyəcəyini dedi. İyunun 11-də anam səhər tezdən işə getdi. Saat 10.00-da atam mənimlə təbii yolla cinsi əlaqədə oldu. Atamın təkidi ilə çarpayıya uzandım. Atam mənimlə zorla cinsi əlaqədə oldu. Həm qorxduğum, həm də atamdan zəif olduğum üçün ona heç bir müqavimət göstərə bilmədim. Həmin vaxt bacım Nigar otaqda olduğu üçün atam ilə cinsi münasibətdə olmağımızı telefonuna çəkdi. Axşam anam evə gəldikdə biz həmin videonu ona göstərdik. Anası pis oldu, səhər evdən getməyi qərara aldı”.

“Mənimlə və bacımla cinsi əlaqədə olduğunu dedim”

Zərərçəkmiş bildirib ki, iyunun 12-də anası səhər işə getmək adı ilə evdən çıxıb: “Bacım Nogar çörək almaq adı ilə evdən getdi. Mən isə atama mətbəxə gedərək çay dəmləyəcəyimi dedim, evdən çıxaraq bacım və anamın yanına getdim. Biz birlikdə Yasamal rayonuna yollandıq. Orada Daxili İşlər Nazirliyinin  102 xidmətinə zəng edərək atamın mənimlə və bacımla zorla cinsi əlaqədə olduğunu dedim. Az sonra 10-cu polis bölməsinin əməkdaşı bizə zəng edərək bölməyə dəvət etdi. Biz də polis bölməsinə getdik, orada bizdən izahat aldılar”.

Digər zərərçəkmiş Nigarda ifadəsində atası tərəfindən təcavüzə məruz qaldığını ifadəsində çılmaqlığı ilə danışıb. O, da deyib ki, atası onunla ilk dəfə 6 yaşında cinsi əlaqədə olub, o da həmin dövrdə bunu anlamayıb. Qeyd edib ki, atası onunla mütəmadi olaraq cinsi əlaqədə olub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Sahib 16 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasının ilk 5 ilini həbsxanada, qalan hissəsini isə ciddi rejimli cəza çəkmə müəssisəsində çəkməsi qərara alınıb.

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top