Ekstrim həvəskarları üçün yeni “BALIQLI GÖL SAFARI” trekinin açılışı oldu — FOTOLAR

SOSİAL 03 noy 2021, 11:38
Balıqlı Göl İstirahət Mərkəzinin qonaqları bundan sonra daha bir əyləncə növü ilə istirahətlərinə rəng qatacaq. Belə ki, adıçəkilən mərkəzin ərazisində ekstrim həvəskarları üçün yeni məkan yaradılıb.

Burada qonaqlar ATV və Motokross üçün nəzərdə tutulmuş "BALIQLI GÖL SAFARI" trekindən də istifadə edə biləcəklər. Ümumi uzunluğu 3 kilometrə yaxın olan mənzərəli və həyəcanverici trekin artıq rəsmi açılış mərasimi də olub. Açılış mərasimində bir sıra tanınmış şəxslər və bu sahə üzrə maraqlanan şəxslər iştirak ediblər. Yeni fəaliyyətə başlayan ATV və Motokross yürüşləri orta çətinlik dərəcəli olduğuna görə hətta uşaqlar da sərnişin rolunda iştirak edə bilər.

"BALIQLI GÖL SAFARI" mərkəzinin yaradılmasında əsas məqsəd Azərbaycanda bu idman növünə marağın artırılması, eyni zamanda Balıqlı Göl İstirahət Kompleksinə üz tutan qonaqların asudə vaxtlarını daha səmərəli və əyləncəli keçirməsinə şərait yaratmaqdır.

Qeyd edək ki "BALIQLI GÖL SAFARI"  trekinin qiyməti 1 dəqiqə üçün 1,50 AZN təşkil edir, sərnişinlə olduqda isə bu məbləğ 2 AZN olaraq dəyişir. Trekin ümumi zolağını bitirmək üçün ortalama 15 dəqiqə vaxt tələb olunur ki, siz 30 AZN depozit ödəməklə yola düşürsünüz və səyahətin sonunda sərf etdiyiniz vaxta uyğun olaraq hesablama aparılır.

Xatırladaq ki, Balıqlı Göl İstirahət Mərkəzində təbiətsevərlər üçün piknik yerləri, uşaqlar üçün oyun parkları, idmansevərlər üçün isə futbol və basketbol meydançaları mövcuddur. Bundan başqa şəhərin səs-küyündən uzaq sakit dincəlmək istəyənlər üçün balıq ovları və müasir kofeşoplar fəaliyyət göstərir. Bu sevilən məkanda balıq ovu üçün xüsusi estakadalar yaradılıb ki, bu da qonaqların daha rahat əylənməsinə şərait yaradır. Kofeşopda xüsusi reseptlə təbii süddən hazırlanmış istirahət mərkəzi tərəfindən özəl olaraq hazırlanan dondurmaların, hotdoqların və şirniyyatların satışı da həyata keçirilir.
 
Ünvan: BİNƏ QƏSƏBƏSİ
Əlaqə telefonu: 050-435-20-50








Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
05 dek 2021, 08:30
Top