Ramin Bayramlının təmsil etdiyi təşkilat fəaliyyətini dayandırdı

GÜNDƏM 02 noy 2021, 16:31
Bu ilin sentyabr ayında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə heyətinin sədri vəzifəsindən istefa verən Ramin Bayramlının sədr müavini olduğu təşkilat fəaliyyətini dayandırıb. 

Demokrat.az xəbər verir ki, “Azərbaycan Klinik Laboratoriya Mütəxəssisləri” İctimai Birliyi fəaliyyətini dayandırıb. 

Qeyd edək ki, təşkilatın sədri Arif Əfəndiyev, sədr müavini Ramin Bayramlı, məsul katibi isə tibb üzrə fəlsəfə doktoru Yavər Hacısoydur. 

Y.Hacısoy İB-nin fəaliyyətinin dayandırılmasını təsdiqləyib. Bildirib ki, ölkədə koronavirus dövrü olduğu üçün təmsil etdiyim təşkilat fəaliyyət göstərə bilmədi: “Bu barədə daha ətraflı Arif Əfəndiyevdən öyrənə bilərsiniz”.(qaynarinfo.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top