Səfir: “İsrail azad olunan ərazilərin bərpa edilməsinə kömək etmək istəyir"

XARİCİ SİYASƏT 02 noy 2021, 12:37
“Vətən müharibəsi dövründə Gəncə şəhərinin Ermənistan tərəfindən raket atəşinə tutulan ərazisinə bir il sonra yenidən gəlmişəm və dağıdılan yerdə ümid və gələcəyə baxış gördüm. Gördüm ki, insanlar qorxmadan həyatlarına davam edir”.

Demokrat.az xəbər verir ki, bunu İsrailin Azərbaycandakı səfiri Corc Dik Gəncədə jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, dövlət tərəfindən yeni yaşayış binaları salınıb: “İsrail hər zaman Azərbaycanın ərazi bütövlüyü dəstəkləyib. Torpaqlar azad olunandan sonra həmin ərazilərin yenidən tikilib bərpa edilməsi üçün İsrail kömək etmək istəyir".

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top