Dilarə Əliyeva ARB-dən ayrılıb?

ŞOU-BİZNES 29 okt 2021, 15:13
Əməkdar artist Dilarə Əliyeva ARB TV-dən ayrılıb.

Axşam.az-ın əldə etdiyi məlumata görə, aktrisanın aparıcılıq etdiyi "Söhbət var" verilişi artıq sözügedən kanalda yayımlanmayacaq.

D.Əliyeva öz istəyi ilə telekanalla yollarını ayırıb. O, fəaliyyətini "Xəzər TV"də davam etdirəcək.

***

Məsələ ilə bağlı Dilarə Əliyevanın özü ilə əlaqə saxladıq. Əməkdar artist “Qafqazinfo”ya açıqlamasında yayılan xəbərlərin həqiqətə uyğun olmadığını bildirdi:

“Xəbərlər əsassızdır, şayiədir. Mən ARB TV-də öz vaxtımda, öz saatımda “Söhbət var” verilişimə davam edirəm. Heç bir problem də yoxdur”.

Qeyd edək ki, sözügedən veriliş 2018-ci ilin dekabrından yayımlanır. 

Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top