“Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Qarabağa növbəti səfəri və Füzuli Beynəlxalq Hava Limanının açılış tədbirinə qatılması çox mühüm addımdır. Bu, Türkiyə Prezidentinin qələbədən sonra Azərbaycana üçüncü səfəridir. Zənnimcə, bu səfər də daxil olmaqla münasibətlərimiz Azərbaycan və Türkiyə arasında yaranan siyasi ittifaqın təzahürüdür. Türkiyə dövlət başçısının əvvəlki səfərində Şuşa bəyannaməsi imzalandı. Bugünkü səfər çərçivəsində bəyannamədən sonra ilk mesajlar veriləcək”.
Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Arzu Nağıyev bildirib.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana bir günlük işgüzar səfəri barədə danışarkən deyib.
Deputat qeyd edib ki, Türkiyə dövlət başçısının Füzuli Beynəlxalq Hava Limanının açılışında iştirak etməsi beynəlxalq səviyyədə dünyaya verilən bir mesajdır:
“Füzuli Beynəlxalq Hava Limanının inşası Zəngəzur dəhlizinin əhəmiyyətini artıran nüanslardan biridir. Bundan başqa, Türkiyə dövlət başçısının təklifi ilə “6-lıq” platformanın yaradılması ideyası regional və qlobal təhlükəsizliyə təhdidin qarşısını ala biləcək mühüm amildir. Təklif edilən platforma ilk növbədə Ermənistanın xeyrinə ola bilər. Bunun üçün Ermənistan tərəfi müsbət addımlar atmalıdır. Bu, Ermənistanın xilasının əsası olacaq. Həmçinin, bu ideya region dövlətlərinin hər biri üçün labüddür. Dəhlizlərin açılması, sərhədlərin delimitasiya və demarkasiya məsələləri, hətta sərhədlərin açılması ehtimalı da bu konteksdə öz həllini tapa bilər. Bu baxımdan, platformanın müzakirəsi əsas aktual məsələlərdəndir”.
Deputatın sözlərinə görə, R.T.Ərdoğanın Azərbaycana səfəri iki dövlət arasındakı münasibətlərin daha bir təzahürü olacaq:
“Məlumdur ki, 44 günlük müharibədə Türkiyə Azərbaycanı mənəvi-psixoloji cəhətdən dəstəkləməklə yanaşı, həm də İlham Əliyevin apardığı informasiya müharibəsində də tam dəstək nümayiş etdirdi. Türkiyə NATO blokuna daxil olan dövlət olmaqla, istər türk, müsəlman dünyasında, istərsə də nüfuzlu beynəlxalq təşkilatlarda siyasi, mənəvi dəstək nümayiş etdirdi. Türkiyə-Azərbaycan münasibətlərində hər iki dövlətin liderlərinin şəxsi münasibətlərinin də rolu əhəmiyyətlidir. Xarici siyasətdə dostluq ümumi maraqlardan başlayır kimi ümumi ifadələr səslənsə də. bizim timsalımızda göstərə bildik ki, dostluq və qardaşlıq münasibəti də, iki dövlət, bir millət olmaq da mümkündür. Azərbaycanın qələbəsi bunu bir daha möhkəmlətdi. Azərbaycan-Türkiyə münasibətlərinin əsas göstəricisi də məhz Şuşa bəyannaməsində göstərildi. Bakı və Ankara arasındakı münasibət artıq beynəlxalq meqa layihələrin icrasına, logistika, turizm, birgə platformaların yaradılmasına yönəldi. Artıq bunun gerçəkləşməsinin şahidi oluruq və yaxın zamanlarda da olacağıq”.
Aygül Qarayeva
Demokrat.az