Türkiyədə koronavirusla bağlı son vəziyyət

REGİON 26 okt 2021, 00:02
Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 232 nəfər ölüb.

Bu  barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Nazirliyin məlumatında bildirilib ki, Türkiyədə gündəlik statistikaya əsasən, COVID-19 infeksiyası ilə əlaqədar 351 152 nəfər test edilib, onların 27 663-nün koronavirus testi pozitiv nəticə verib, 30 824 nəfər sağalıb.

Nazirlikdən paylaşılan statistikaya görə, Türkiyədə indiyədək COVİD-19-a qarşı birinci, ikinci və üçüncü mərhələ daxil 115 480 511 peyvənd tətbiq edilib ki, bunun 88,95 faizi birinci, 77,68 faizi ikinci mərhələ vaksinasiya olunanlardır.

Türkiyənin səhiyyə naziri Fahrettin Koca bildirib ki, ikinci mərhələ vaksinasiyanın Türkiyədə 77 faizi keçməsi cəmiyyətdə COVİD-19-a qarşı müqavimətin artması baxımından böyük uğurdur.

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top