3 yaşlı uşaq su quyusuna düşərək öldü

HADİSƏ 21 okt 2021, 18:15
Qəbələ rayonunda bədbəxt hadisə baş verib.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə rayonun Vəndam kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, 2018-ci il təvəllüdlü Seymur Teymur oğlu Əliyev həyətdə oynayarkən su quyusuna düşüb. Nəticədə azyaşlı boğularaq ölüb.

Faktla bağlı araşdırma aparılır.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top