Xalq artistinin səhhəti ilə bağlı qızı danışdı: "Möcüzə gözləyirik"

İNCƏSƏNƏT 21 okt 2021, 14:08
Xalq artisti Canəli Əkbərovun səhhəti pisləşib.

Demokrat.az xəbər verir ki, bu barədə xanəndənin qızı Təranə Əkbərova məlumat verib.

O bildirib ki, C.Əkborov hazırda ev şəraitində müalicə olunur: “Bir müddətdir ki, atamın səhhətində ciddi problemlər var. Son günlər vəziyyəti xeyli pisləşib. Beyni tamam funksiyasını itirib. Durumu çox ağır olduğu üçün müalicəsini evdə davam etdiririk. Həkimlər ümidverici heç nə demir. Sadəcə möcüzə gözləyirik”.

Qeyd edək ki, C.Əkbərov iki il bundan öncə beyin insultu keçirib.(apa.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top