Səhiyyə Nazirliyi: "Peyvəndin vaxtında vurdurulması daha məqəsədəuyğundur"

SOSİAL 20 oktyabr 2021, 16:18
“Peyvəndə olan əks-göstərişlərin bəziləri müvəqqəti xarakter daşıyır. Müəyyən vaxt keçdikdən sonra peyvənd olunması tövsiyə olunur”.

Demokrat.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis- eksperti, infeksionist Təyyar Eyvazov deyib.

O qeyd edib ki, peyvəndin vaxtında vurdurulması daha məqəsədəuyğundur:

"Əgər kimsə COVID-19-a yoluxaraq xəstələnib və rəsmi şəkildə qeydiyyata düşübsə, immun sertifikatı alır. 6 aydan sonra vaksin olunmalıdır ki, onun immun sertifikatının müddəti uzadılmış olsun. Xəstəlik keçirib peyvənd olunursa onun immun sistemi daha da güclənir".

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
16 sentyabr 2025, 21:43
Top