Əflatun Amaşov Elnur Əşrəfoğludan yazdı: "Gözləyirdim ki, möcüzə olacaq..."

MEDİA 19 okt 2021, 23:30

"Neçə vaxtdır, ümüdlə gözləyirdim. Gözləyirdim ki, möcüzə olacaq. Olmadı! Olmadı!"

Bu sözləri Mətbuat Şurasının sədri Əflatun Amaşov bu gün koronovirusdan vəfat edən tanınmış jurnalist Elnur Əşrəfoğlu barəsində yazıb.

"Amansız COVID Elnuru da aldı əlimizdən, kisəmizdən götürdü. Sarsıldım. Çox sarsıldım. Yaxşı jurnalistin yetişməsi çətin prosesdir. Yaxşı idman jurnalistinin yetişməsi sahənin spesifikliyi baxımdan daha çətindir məncə. Elnur yetişmişdi, püxtələşmişdi. Elnur Əşrəfoğlu adlı imza sahibiydi Elnur.

Elnur həm də sadə, səliqəli, böyük-kiçik yeri bilən, qayğıkeş bir insan olaraq da yetişmiş, formalaşmışdı. Bütün bunlara və sadalamadığım bir çox insani keyfiyyətlərinə görədir ki, yoxluğu çox ağırdır. Hədsiz ağır.

Jurnalist Elnur Əşrəfoğlunun doğmalarına, əzizlərinə, dostlarına və həmkarlarına dərin hüznlə başsağlığı verirəm.

Allah rəhmət eləsin. Nur içində yatsın!".

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top