Bir ay birinin pulunu kəssinlər, görün nə hoqqadan çıxacaqlar

MEDİA 18 okt 2021, 23:53
Qazın, işığın qiyməti qalxdı. Niyə qalxdı, nə qədər qalxdı, başqa məsələ. Amma bu həm də Azərbaycan mediasında kimin nə olduğunu (kim olduğu deyil), nə zaman nə edəcəyini də anlamağa imkan verdi. Son model maşın sürən, hər ay yuxarılardan paçka-paçka paket alan, günorta yeməyini bir, axşam yeməyini başqa bir lüks restoranda yeyən media kapitanlarımızın səsi-sorağı gəlmir.

Biri də çıxıb bu məsələdə dövləti müdafiə edən bir cümlə belə yazmırlar, əksinə, “nəyimizə lazımdır” deyirlər. Nəyinizə lazımdır? Çünki bu hakimiyyətin çörəyini yeyirsiniz. Haqqınız olmadığı halda, sizə yaradılan şəraitdən təkcə özünüz yox, qohum-əqrabalarınız üçün də yaxşı şərait yaratmısınız. Əslində müxbirlərinizə ayrılan pulları basıb yeyirsiniz. Amma çətinə düşəndə, gəmini ilk tərk edənlərdən olursunuz.

Son günlər bir daha onu göstərdi ki, yuxarıların layiq olmadıqları halda şərait yaratdığı bu media baronları ilk fürsətdə elə bu hakimiyyəti də, Prezidenti də satacaq. Bunu yoxlamağın sadə yolu var: bir ay birinin pulunu kəssinlər, görün nə hoqqadan çıxacaqlar. Amma məsələ müdafiə etməyə, mövqe ortaya qoymağa gələndə qaçıb gizlənirlər.

Vasif Həsənli

"Demokrat.az" xəbər portalının baş redaktoru

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top