"Kayrat"ın futbolçusu "Qarabağ"la oyundan əvvəl sıraya döndü

İDMAN 16 oktyabr 2021, 14:21
UEFA Konfrans Liqasının qrup mərhələsinin III turunda "Qarabağ"ın qonağı olacaq Qazaxıstanın "Kayrat" klubunun futbolçusu Yatsek Quralski sıraya dönüb.

"Report" yerli mətbuata istinadən xəbər verir ki, uzun müdət yaşıl meydanlardan kənarda qalan 29 yaşlı yarımmüdafiəçi zədəsini tam sağaldıb.

Fevralda diz bağları qopan polşalı oyunçu Almatı təmsilçisi ilə məşqlərə start verib. Onun qarşıdakı görüşlərdə iştirak edə biləcəyi bildirilib.

Qeyd edək ki, oktyabrın 21-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Kayrat" oyunu saat 20:45-də başlayacaq.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
12 iyul 2025, 10:31
12 iyul 2025, 10:26
Top