Polşa Türkiyədən yeni silahlar alacaq

REGİON 15 okt 2021, 21:32
Türkiyə milli müdafiə naziri Hulusi Akar bu gün polşalı Mariuş Blazçak ilə görüşüb.

Polşanın paytaxtı Varşavada keçirilən ikitərəfli görüşlərdən sonra mətbuat konfransı keçirilib.

Polşanın müdafiə naziri ölkəsinin Türkiyədən yeni silahlar alacağını və bununla əlaqədar Türkiyəyə heyət göndəriləcəyini bildirib.

“Biz silah texnologiyalarının birgə inkişafı və hərbi texnika sahəsində təcrübə mübadiləsində maraqlıyıq”, - deyə o qeyd edib.

Nazir vurğulayıb ki, hərbi əməkdaşlıq təkcə hərbi texnika deyil, həm də Polşa və Türkiyə əsgərlərinin birgə təlimləri və birgə missiyalarımı əhatə edir.

Xatırladaq ki, bu il Polşa Türkiyədən 24 ədəd “Bayraktar TB2” zərbə tipli pilotsuz uçuş aparatları alıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top