Rusiyada qadınlar evlənmək üçün azərbaycanlı kişilərə üstünlük verirlər

MARAQLI 15 okt 2021, 18:28
Rusiyalı qadınlar evlənmək üçün əcnəbilər arasında azərbaycanlı kişilərə üstünlük verirlər.

Bu barədə Saratov vilayətində Regional Vətəndaşlıq Qeydiyyatı İdarəsinin (ZAQS) keçirdiyi brifinqdə məlum olub.

Belə ki, Saratov vilayətində bu ilin ilk 9 ayında əcnəbi vətəndaşlarla 464 ailə nigahı qeydə alınıb: 153 gəlin və 311 bəy xarici vətəndaşlarla öz nikahlarını rəsmiləşdiriblər.

Hesabata əsasən, bunların arasında 81 qadın azərbaycanlı kişilərlə evlənib. Bundan sonra siyahının ilk beşliyini Tacikistan (77), Ermənistan (37), Qazaxıstan (30) və Ukrayna (19) vətəndaşları davam etdirir.

Maraqlıdır ki, həmin vilayətdə ən çox ərə gedən əcnəbi qadınlar - Ermənistan vətəndaşlarıdır.(oxu.az)

Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top