Aslan İsmayılov: "Həmin korrupsionerlər xaricdən gəlməyib, bizim içimizdən çıxıblar"

GÜNDƏM 15 okt 2021, 11:37
Gələcəklə bağlı fikir bildirəndə mənə irad tutanlara cavab verirdim ki, mən sağalmaz nikbinlik xəstəliyinə tutulmuşam. 

Demokrat.az xəbər verir ki, bunu tanınmış hüquqşünas Aslan İsmayılov sosial şəbəkədəki hesabında yazıb.

"Ancaq deyəsən bədbinlik daşıyanlar məni müalicə edəcəklər. Hər gün səhər-səhər Dənizkənarı Parkdakı gözəlliyi, təmizliyi görəndə sevinirdim ki, bu sahədə böyük irəliləyiş var. Bu gün səhət tezdən Dəniz kənarındakı Biznes Mərkəzinə çatmamış sağ tərəfdə dənizə düşən yerdə daşdan düzülmüş pilləkənlərdə zibillyi görəndə zənn etdim ki, burada donuz eşələnib. Tum, peçenye, selofan paketləri, plastmas su qablar, daha nələr, nələr... Bu səhnəyə baxıb qarşımda təxminən 20-23 yaşlarında 3 gəncin tum çırtlaya-şırtlaya söhbətləşdiyini görüb irad bildirmək istəyəndə məndən yaşlı qarşıdan gələn bir kişi məni qabaqladı. Cavanlar heç fikir də vermədilər. 

Bunun ardınca başqa mən yaşda bir kişi də irad bildirdi. Bu, üzr istəyirəm, heyvanlar sanki kar idilər. Onlara çatıb irad bildirəndə isə üstümə gəlib “ə, sənə nə dedilər”. Davranışlarından anladım ki, bunlar tərbiyədən xəbərsizdirlər. Qarşılarını kəsib yaxında olan işçilərdən polis çağırmalarını xahiş etdim. Xozu-xozu danışan cavanlar dərhal cücəyə döndülər və hər üçümüzdən üzr istədilər. Bundan sonra təmizlik aparan işçilərdən soruşanda hər gün bu mənzərənin olduğunu dedilər. Başa düşdüm ki, təmizlik bizim davranışımızın dəyişməsi yox, səhər tezdən işçilərin gördükləri işlə bağlıdır. Bundan az irəli gedəndə isə Sizə təqdim etdiyim mənzərəni gördüm. Bahalı, gözəl, dekorativ ağacların üstündə nə desəniz oxumaq olardı. Mənə maraqlıdır ki, bu qədər yazı yazılanda kimsə görmədimi və demədimi ki, onlar da canlıdır, yaralamaq olmaz. Demək, problem tək hakimiyyətdə deyil, daha dərindədir. Kimi dindirirsən adama ağıl verir, hakimiyyətin korrupsioner əməllərindən, insan hüquq azadlığından, feminizmdən, gender bərabərliyindən danışır. Bu problemlərin həlli üçün birinci növbədə özümüz dəyişib adi ədəb qaydalarına, mədəni davranışa yiyələnməliyik. Bundan sonra hakimiyyət hər şeyi tələb edə biləcəyik. Yenə deyəcəksiniz ki, hər şey təhsil, mədəniyyət və digər sahələrdə olan korrupsiyanın nəticəsidir. Qismən razıyam, ona görə ki, həmin korrupsionerlər də xaricdən gəlməyib, bizim içimizdən çıxıblar. Nə qədər düşünsəm də yenə hesab edirəm ki, birinci növbədə özümüz dəyişməliyik", deyə tanınmış hüquqşünas qeyd edib.

Bir açıq hava şəkili ola bilərBir açıq hava şəkili ola bilər

Demokrat.az
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top