Rusiyadan erməni təxribatı ilə bağlı açıqlama — ​Qarabağda nə baş verir?

QARABAĞ 14 okt 2021, 22:09
Rusiya Müdafiə Nazirliyi ötən gün baş vermiş erməni təxribatı ilə bağlı açıqlama yayıb.

Açıqlamada sentyabrın 13-də Sugovuşandan Kəlbəcərə gedən Azərbaycana məxsus avtomobil karvanının atəşə tutulduğu təsdiqlənib.

Bildirilib ki, tikinti materialları aparan avtomobil karvanını Rusiya sülhməramlıları müşayiət edirmiş.

Faktla bağlı Rusiya sülhməramlı kontingentinin komandanlığı hər iki tərəfin nümayəndələri ilə birgə araşdırma aparır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top