Abşeronda şəhid mayor Azər Mikayılovun il mərasimi keçirildi — FOTOLAR

SOSİAL 12 okt 2021, 17:33
Vətənimizin bütövlüyü uğrunda döyüşən kəşfiyyatçı, mayor Mikayılov Azər Əmrah oğlunun şəhidlik zirvəsinə ucalmasının bir ili tamam olur.

Bununla əlaqədar olaraq Abşeron rayonunun Masazır kəndi məscidində şəhidimizin il mərasimi keçirilib. Mərasimdə Abşeron rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər və rayon ictimaiyyəti iştirak ediblər.

Azərbaycanın bütövlüyü uğrunda canından keçmiş bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Şəhidimizin keçdiyi döyüş yolundan danışılıb, göstərdiyi şücaət və qəhrəmanlıqlardan söz açılıb. Ruhuna dualar oxunub.

RİH başçısı İ.Gülməmmədova şəhidimizin ailə üzvləri, eləcə də şəhid anaları ilə görüşüb, onların qayğıları, problemləri ilə maraqlanıb.

Bir 4 nəfər, oturan insanlar və ayaqüstə duran insanlar şəkili ola bilərBir ‎1 nəfər, oturmalı və ‎bunu deyən yazı "‎الفضل لعباس‎"‎‎ şəkili ola bilərBir 3 nəfər və ayaqüstə duran insanlar şəkili ola bilərBir 2 nəfər, oturan insanlar və ayaqüstə duran insanlar şəkili ola bilərBir 2 nəfər, ayaqüstə duran insanlar, oturan insanlar və içəridə şəkili ola bilərBir 2 nəfər şəkili ola bilər

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top