“Euronews” Lahıc haqqında reportaj hazırladı — VİDEO


SOSİAL 11 okt 2021, 23:40
“Euronews” kanalı İsmayıllı rayonunun Lahıc qəsəbəsindən reportaj hazırlayıb. 

Reportajda dar daş səkilərdən, sənətkarlıq emalatxanalarından bəhs edilir, dəri emalı, xalçaçılıq, misgərlik kimi peşə növlərindən qəsəbənin rəmzi kimi söz açılır. Bildirilir ki, yüksək sənətkarlıqla hazırlanmış mis qablar kəndin simvoluna çevrilib. 

Reportajda Kəbleyi Əliyev 300 illik yaşı olan emalatxanasından danışır. Lahıc Tarix -Diyarşünaslıq Muzeyinin direktoru Kamal Əliyev Lahıcda mis emalının tarixi barədə məlumat verib.

 


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top