İran sabah genişmiqyaslı hərbi təlimlər keçirəcək

REGİON 11 oktyabr 2021, 21:06
İran sabah genişmiqyaslı hava hücumundan müdafiə təlimləri keçirəcək.

Bunu Hətəm əl-Ənbiya Hava Müdafiə Qərargahı komandiri, general Qədir Rəhimzadə deyib.

O bildirib ki, “Vilayət səması müdafiəçiləri – 1400” adlı təlim ölkənin Kəbir çölündə baş tutacaq.

Təlimdə İran Ordusu Hava Qüvvələri, İnqilab Keşikçiləri Ordusu Hava Qüvvələri və Hava-Kosmos Qüvvələri birlikləri iştirak edəcək.

Qeyd olunub ki, sözügedən təlimlərin məqsədi birliklərin döyüşəhazırlıq qabiliyyətini gücləndirməkdir.
Təlimlərdə yerli istehsal hava müdafiə sistemləri, elektron hava sistemləri, döyüş təyyarələri, PUA-lar, ağıllı sursatlar və qanadlı raketlər yoxlanılacaq.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
12 iyul 2025, 10:31
12 iyul 2025, 10:26
12 iyul 2025, 08:39
Top