Parlament Respublika Gününün adının dəyişdirilməsi ilə bağlı layihəni müzakirə edir

DAXİLİ SİYASƏT 11 okt 2021, 11:06
Milli Məclisin bu gün keçirilən plenar iclasında “Müstəqillik Günü haqqında” yeni qanun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb.

Demokrat.az xəbər verir ki, deputatlar layihə barədə fikirlərini bildirirlər.

Layihəyə əsasən, 28 May - Respublika Gününün adı dəyişdirilərək mayın 28-i Müstəqillik Günü, 18 Oktyabr - Dövlət Müstəqilliyi Gününün isə adı dəyişdirilərək oktyabrın 18-i Müstəqilliyin Bərpası Günü elan edilir.

Həmin günlər isə hər il bayram kimi qeyd olunacaq. Müstəqillik Günü qeyri-iş günü, Müstəqilliyin Bərpası Günü isə iş günü olan bayram sayılacaq.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top