Yolu keçmək istəyən uşağı maşın vurdu

HADİSƏ 10 okt 2021, 21:01
Tərtərdə yolu keçmək istəyən yeddi yaşlı uşağı maşın vurub.

Tərtər rayonu, Xoruzlu kənd sakini, 2014-cü il təvəllüdlü Məmmədova Gülşən Allaverdi qızı kənd ərazisində yolu keçmək istəyən zaman onu VAZ 2106 markalı minik avtomobili vurub.

Ağır xəsarətlər alan azyaşlı əvvəlcə Tərtər Rayon Mərkəzi Xəstəxanasına, daha sonra isə Bərdə Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Vəziyəti ağır olan G.Məmmədova xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Həkimlərin səylərinə baxmayaraq, azyaşlının həyatını xilas etmək mümkün olmayıb.
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top