Pakistanın nüvə proqramının rəhbəri vəfat etdi

DÜNYA 10 okt 2021, 16:50
Pakistanın nüvə fizikası üzrə alimi, Pakistan nüvə proqramının rəhbəri Əbdül Qədir Xan 86 yaşında dünyasını dəyişib.

Bu  barədə “Ary News” məlumat yayıb. Alimin ölümünə səbəb kimi koronavirus infeksiyasının orqanizmdə yaratdığı fəsadlar göstərilir.

Bildirilir ki, Xanın şərəfinə bir neçə anım mərasimi keçiriləcək.

Qeyd edək ki, Pakistanda nüvə proqramının inkişafı 1956 -cı ildə Pakistan Atom Enerjisi Komissiyasının yaradılması ilə başlayıb. Əbdül Qadir Xan 1975 -ci ildə nüvə proqramının inkişafına qoşulub.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top