Bu rayonda qanunsuz it döyüşləri keçirildi — FOTO

SOSİAL 10 okt 2021, 16:36

Göygöldə bir qrup şəxs tərəfindən it döyüşləri keçirilib.

Göygölün Lüləli kəndində "it meydanı" adlandırılan ərazidən paylaşılan görüntülərdə keçirilən yarışa yüzlərlə insanın gəldiyi məlum olub.

Pandemiya qaydalarının pozulduğu qanunsuz yarışlara ölkənin müxtəlif bölgələrindən it döyüşdürmək üçün gələn insanlar iştirak edib.

Məlumata görə, yarışların hər ay keçirilməsi planlaşdırılıb

Qeyd edək ki, dünyanın bir çox ölkələrində olduğu kimi, Azərbaycanda da heyvan hüquq müdafiəçilərinin səyi sayəsində it döyüşləri qadağan edilib.
Bu rayonda qanunsuz it döyüşləri keçirildi -FOTO
Bu rayonda qanunsuz it döyüşləri keçirildi -FOTO

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top