Tatarıstanda sabah matəm günüdür

DÜNYA 10 okt 2021, 14:46
Tatarıstan rəhbərliyi oktyabrın 11-ni matəm günü elan edib.

"Report" xəbər verir ki, bu barədə respublika başçısının mətbuat xidməti məlumat yayıb.

Belə ki, Prezident Rüstəm Minnixanov Menzelinskdə yaradılan qərargahın iclasında Tatarıstanda 11 oktyabrın matəm günü elan edilməsi haqqında qərar qəbul edilb.

Qeyd edək ki, bu gün Tatarıstanda "L-410" təyyarəsinin qəzaya uğraması nəticəsində 16 nəfər ölüb, daha 6 nəfər isə yaralanıb.

Hadisəyə kiçikhəcmli təyyarənin həddindən artıq yüklənməsinin səbəb olduğu deyilir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top