Bu satış məntəqələrinin rəhbərliyi inzibati məsuliyyətə cəlb edildi

SOSİAL 10 okt 2021, 13:31
Qida Təhlükəsizliyi Agentliyi istehlakçı hüquqlarının qorunması və qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirləri davam etdirir.
 
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən  verilən məlumata görə, Qazax rayonunda fəaliyyət göstərən ət satışı məntəqələrində reyd keçirilib.
 
Reyd zamanı ət satışının antisanitar şəraitdə və baytarlıq ekspertizası aparılmadan həyata keçirildiyi məntəqələr aşkar edilib.
 
Aşkar olunan faktla bağlı qanunvericiliyin tələbləri çərçivəsində müəssisə rəhbərliyi inzibati məsuliyyətə cəlb edilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top