Bakı Zooparkının giriş qiyməti ilə bağlı RƏSMİ AÇIQLAMA

SOSİAL 09 okt 2021, 13:29
Yenidənqurmadan sonra açılışı olan Bakı Zooloji Parkına giriş biletlərinin qiyməti açıqlanıb.

Bakı Zooloji Parkının icraçı direktoru İsayeva Nəzakət Trend-ə açıqlamasında bildirib ki, biletin qiyməti böyüklər üçün 5 manat, uşaqlar üçün isə 2 manat olacaq: "Üç yaşa qədər uşaqlar və şəhid ailələri üçün isə bilet pulsuz olacaq. Saat 10.00-dan 17.30-a qədər kassalar fəaliyyət göstərəcək"

Qeyd edək ki, Bakı Zooloji Parkı IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə yenidən qurulub.

Yenidənqurmadan sonra Zooloji Parkın kompleksi ziyarətçilər üçün rahat və maraqlı məkana çevrilib, ümumi ərazisi demək olar ki, iki dəfə artırılaraq 4.25 hektara çatdırılıb.

Hazırda zooparkdakı heyvan növlərinin ümumi sayı 125, “Qırmızı kitab”a düşən növlərin sayı isə 22-dir.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top