Xaqani Səfəroğlu: "Radikal terrorçu qruplar" erası artıq sona çatmaq üzrədir"

GÜNDƏM 08 okt 2021, 14:05
İranın "Zəngilanda İŞİD terrorçuları var" mesajı Azərbaycana deyil Rusiyaya ünvanlanıb.

Tehran Moskvanı  "Zəngəzur dəhlizi" olacaqsa guya Rusiya sərhədləri yaxınlığında radikal təkfirçi qruplarının peyda olacağı, ikinci "Çeçenistan"ın "diriləcəyi" ilə qorxudur.

Bu cəfəngiyyata İran özü inansa da Kreml dünyanın qarşıdakı mənzərəsini aydın görür. Çünki "radikal terroçu qruplar" erası artıq sona çatmaq üzrədir.

Bir neçə ildən sonra "terror epoxası" bitəcək.

Moskvanı indi informasiya texnologiyaları savaşının ilkin indikatoru olan K-20 layihəsi narahat edir. ABŞ, Avstraliya və Yaponiyanın UAKSUS sazişi tamam yeni dünya trendini hədəfləyib.

Bu layihə qlobal informasiya texnologiyaları üçün xammal daşıyacaq logistik məkanlar üzərində dominantlıq tələb edir.

Kreml Avrasiya bölgəsində öz təminatından arxayındır.

Moskva Qafqazda geopolitik zəlzələ törətməklə bu dominantlığı bərpa edib. İran üçün bu sırada yenə 20-ci əsrin əvvələrində olduğu kimi "ikinci skripka" yerini ayırıb. Lavrov İran XİN-nin rəhbəri Abdulhanyanın son Moskva görüşündə İrana balabanda bunu başa saldı.

Tehran hesabını götürüb. "Böyük şeytan" ABŞ-la nüvə danışıqlarına can atmaqla Tehran Moskvadan belə asılılığı aradan qaldırmağa can atır. Amma Vaşinqtonun öz şərtləri var və onlar Tehran üçün arzuedilməzdir.  İran siyasi elitası yeni siyasi prioritetlər axtarışının zəruri olduğunu anlayır.

Bunu necə edəcəklər? Yaşayarıq, görərik!

Azərbaycan isə müharibədə qalib gəlməklə yeni hərbi -siyasi teatrda həlledici yerini möhkəmlədib.

Xaqani Səfəroğlu
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top