“Ermənistan üzərindən uçuşdan xəbərsiz idik” —​ VİDEO


SOSİAL 08 okt 2021, 09:22
Məlumat verdiyimiz kimi ötən gün AZAL Bakı-Naxçıvan-Bakı marşrutu üzrə daxili reysi yerinə yetirərkən Ermənistan ərazisi üzərində hava məkanından istifadə edib. 

Demokrat.az xəbər verir ki, Ermənistan üzərindən ilk aviauçuş həyata keçirən pilot və bələdçi təəssüratlarını bölüşüblər. 

Pilot Ramil Yusifov deyir ki, uçuş səhər saat 8-də reallaşdırılıb. Sərnişinlər mənzil başına saat 9-da, yəni 10 dəqiqə daha tez çatıblar.

Ramil Yusifov təyyarəni idarə edə-edə ətrafa çox diqqətlə nəzər yetirdiyini bildirir. Onun dəqiq gördüyü və ağlında qalan yeganə ünvan isə Göyçə gölü olub.

Həmin gün təyyarədə olan 5 bələdçidən biri də Leyla Rzayeva idi. Leyla Rzayeva deyir ki, həmin gün işə gələn zaman məsələdən xəbərsiz olub.

Təkcə bələdçilər yox, təyyarədə olan sərnişinlərin də Ermənistan üzərindən uçuş edəcəkləri barədə məlumatları olmayıb. Onlar yalnız monitorlarda xəritəni görəndə Ermənistan səmasından keçdiklərini biliblər.

Qeyd edək ki, heyət dünən eyni istiqamət üzrə 2 uğurlu  reys reallaşdırıb.



Demokrat.az
 


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top