İnam Kərimovun səlahiyyətləri artırıldı

GÜNDƏM 07 okt 2021, 16:05
Kənd təsərrüfatı nazirinin səlahiyyətləri artırılıb.

Demokrat.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı fərmanla “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi haqqında Əsasnamənin təsdiq edilməsi barədə” fərmana edilən dəyişiklikdə əksini tapıb.

İndiyə qədər nazir nazirliyin aparatının işçilərini, strukturuna daxil olan və strukturuna daxil olmayan tabeliyindəki qurumların rəhbərlərini qanunvericiliklə müəyyən edilmiş qaydada vəzifəyə təyin edib və vəzifədən azad edib. Dəyişikliyə əsasən, artıq nazir nazirliyin Aparatının işçilərini, strukturuna daxil olan və strukturuna daxil olmayan tabeliyindəki qurumların rəhbərlər ilə bərabər onların müavinlərini, struktur bölmə rəhbərlərini vəzifəyə təyin edəcək və vəzifədən azad edəcək, digər işçilərin (tabeliyindəki qurumların strukturuna daxil olmayan hüquqi şəxslərin yalnız rəhbərlərinin) vəzifəyə təyin və vəzifədən azad edilməsinə razılıq verəcək.

Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top