İranın xarici işlər naziri Bakı və Yerevana səfər edə bilər

REGİON 06 okt 2021, 23:41
İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan mehriban qonşuluq jesti olaraq Bakı və Yerevana səfər edə bilər.

Bu barədə o özü “Rossiya-24” kanalına açıqlamasında deyib.

Abdullahiyanın sözlərinə görə, qonşu ölkələrlə əlaqələrin inkişafı İranın yeni hökumətinin əsas prioritetlərindən biridir.

“Azərbaycan və Ermənistan – bizim yaxşı qonşularımızdır və biz onlardan biri ilə digərinə qarşı işləyə bilmərik. Xarici siyasətimiz balanslıdır. İki gün əvvəl həmkarım, Ermənistanın xarici işlər naziri Tehrana gəlmişdi. Azərbaycanlı həmkarımızın da İrana səfər imkanı olsa yaxşı olar”, - deyə Abdullahiyan qeyd edib.

O qeyd edib ki, belə bir fürsət yaranan zaman o özü Azərbaycan və Ermənistanı ziyarət edəcək

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top