Anası çəkmənin içərisində oğluna "patı" göndərdi

SOSİAL 06 okt 2021, 21:26
Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq təcridxanasına psixotrop maddə keçirilməsi cəhdinin qarşısı alınıb.

Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən bildiriblər ki, Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək həbs edilmiş şəxs

İlkin Tacəddin oğlu Cəfərova anası Lənkəran şəhər sakini Bilqeyis Hüseyn qızı Şəfiyeva tərəfindən poçt vasitəsilə göndərilmiş banderola baxış keçirilən zaman orada olan qış çəkməsinin içərisində gizlədilmiş sellofan bükülüldə ümumi çəkisi 0,023 qram olan psixotrop maddə - metamfetamin aşkar edilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top