Bu il ən çox hansı markalı avtomobillər satılıb?

SOSİAL 05 okt 2021, 20:37
2021-ci ilin yanvar-avqust aylarında Azərbaycanda 2 671 min avtomobil satılıb.

Bu  barədə "focus2move" konsaltinq agentliyi məlumat yayıb.
 
Qeyd olunub ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 7 faiz, 2019-cu ilin yanvar-avqust ayları ilə müqayisədə isə 59,5 faiz azalıb.
 
Bu ilin avqustunda Azərbaycan bazarında 363 avtomobil satılıb ki, bu da 2020-ci ilin avqustu ilə müqayisədə 35 avtomobil və ya 10 faiz azdır.
 
Agentlikdən bildiriblər ki, ən çox satılan avtomobillər "Lada" markalı olub. Bu müddət ərzində 1 234 "Lada" satılıb ki, bu da ümumi avtomobil bazarının 46,2 faizini təşkil edib.
 
"Khazar" markalı avtomobillərin satışı 14 faizi, "Nissan" avtomobillərinin satışı isə 58,8 faiz azalıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top