"Terrorçu yetişdirən dövlətin rəsmisi ölkəmizdə terrorçuların olduğunu iddia edir" — RƏY

GÜNDƏM 03 okt 2021, 18:33
İRNA agentliyi İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyanın açıqlamasını yayıb.  

Riyakar rejimin öz ayıblarına kor olmayan naziri ərazilərimizdən bizdən icazəsiz istifadə etdiklərinə görə üzr istəmək əvəzinə, həyasızcasına Qarabağda ermənilərə icazəsiz yük daşıyan iki iranlı sürücünün həbs olunmasını qəbuledilməz adlandırıb. Əlavə edib ki,  biz Azərbaycanla bağlı vəziyyəti başa düşürük və xarici müdaxilələrdən, o cümlədən ölkədə sionistlərin və terrorçuların olmasından xəbərdarıq.

Yəqin Prezident İlham Əliyevin mətbuat konfransında iranlı jurnalistin Azərbaycan tərəfdən terrorçuların döyüşməsi barədə sualını xatırladınız. O zaman iranlı rəsmilər bunun jurnalistin mövqeyi olduğunu bildirmişdi. İndi nə deyəcəklər? İran xarici siyasət idarəsinin birinci adamı ölkəmizdə terrorçuların olduğunu iddia edib. Bunu terrora yardım edən, terrorçu yetişdirən ölkənin rəsmisi bəyan edib. Lakin Azərbaycanda hansı ölkəyə məxsus terrorçuların olduğunu konkret göstərməyib.

Azərbaycanda xarici ölkələrin, o cümlədən İranın xüsusi xidmətinə məxsus terrorçular dəfələrlə ifşa olunub. İranlı nazir öz ölkəsinə məxsus terrorçuları nəzərdə tutursa, bunu da bizim müvafiq qurumlar əvvəllər olduğu kimi ifşa edəcək. 

Azər Sarıyev
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top