Qələbəmiz öz əlimizdədir, sizi sevirəm — Saakaşvili

GÜNDƏM 02 okt 2021, 11:54

Gürcüstanda saxlanılan eks-prezident Mixeil Saakaşvili cəzaçəkmə müəssisəsindən tərəfdarlarına məktub göndərib.

O, Kiyevdən Gürcüstana gələrkən saxlanılacağını gözlədiyini bildirib.

“Mənim azadlığım və daha önəmlisi Gürcüstanın azadlığı sizin fəallığınız və yaxın günlərdəki mübariz ruhunuzdan asılı olacaq. Beynəlxalq dəstək də bundan asılıdır. Xahiş edirəm, şübhə etməyin və sona qədər inanın ki, qələbəmiz öz əlimizdədir. Sizi sevirəm”, - məktubda deyilir. 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top