Gündəm

Rəsmi Tbilisi Saakaşvilini dövlət çevrilişinə cəhddə İTTİHAM ETDİ

Rəsmi Tbilisi Saakaşvilini dövlət çevrilişinə cəhddə İTTİHAM ETDİ

Gürcüstanın hakim “Gürcü Arzusu” partiyasının sədri İrakli Kobahidze Mixail Saakaşvilini dövlət çevrilişinə cəhddə ittiham edib. Modern.azGürcüstan KİV-nə istinadən xəbər verir ki, o, eks-prezidentin bu cəhdlərinin baş tutmadığını əlavə edib. “O, Gürcüstana dövlət çevrilişinə cəhd hədələrini reallaşdırmaq və iğtişaşlar törətmək üçün gəlib. Hüquq-mühafizə orqanları yeni cinayətin qarşısını almaq üçün bütün müvafiq addımları atıb”-deyə Kobahidze açıqlama verib. Xatırladaq ki, Mixail Saakaşvili ötən gecə saxlanılıb. O, hazırda Rustavi həbsxanasında saxlanılır.

D
demokrat.az