Azərbaycanda "COVID-19"-dan ölən şəxsin dişləri oğurlandı

SOSİAL 02 oktyabr 2021, 10:21
Gəncədə ölmüş şəxsin dişləri oğurlanıb.

Oxu.az-ın məlumatına görə, "COVID-19" xəstəliyindən vəfat edən Təhməz Kərimovun ağzındakı 500 manatlıq qızıl protez dişləri yoxa çıxıb.

Hadisədən sonra T.Kərimovun oğlu Ramin Kərimov hüquq-mühafizə orqanlarına şikayət edib.

Hazırda faktla bağlı araşdırma aparılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top