"Saakaşvilinin qayıtması və həbsi ciddi siyasi hadisədir" — Arif Hacılı

SOSİAL MEDİA 01 okt 2021, 23:40
"Gün ərzində Saakaşvilinin ölkəyə qayıtmadığını bildirən Gürcüstan hakimiyyəti təqribən 1 saat əvvəl onun Gürcüstan ərazisində həbs olunduğunu bəyan etdi".

Demokrat.az
xəbər verir ki, bu sözləri özünün "Facebook" hesabında Müsavat Partiyasının başqanı Arif Hacılı bildirib.

"Saakaşvilinin qayıtması və həbsi ciddi siyasi hadisədir. 

Saakaşvilinin dönüşü onun hakimiyyəti dövründə Gürcüstanda qurulmuş hüquqi dövlətin qorunmasına, demokratik cəmiyyət quruculuğu uğrunda mübarizənin daha fədakarlıqla davam etdirilməsinə stimul verəcək. Rusiyanın bu ölkədə təsir imkanlarını, avtoritar idarəçilik meyllərini zəiflədəcək. 

Azərbaycanda Saakaşvilinin siyasi fəaliyyətinə olan maraq, həm də onun Qarabağ məsələsində tutduğu mövqe və Gürcüstanda yaşayan soydaşlarımıza münasibəti ilə bağlıdır. 

Sabah Gürcüstanda bələdiyyə seçkiləridir. Bu seçkilər qonşu ölkədə ciddi, həm də Azərbaycanın maraqlarına uyğun olan ciddi dəyişikliklərə səbəb ola bilər" - deyə A.Hacılı qeyd edib

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
01 may 2024, 21:48
Top