"Azərbaycan" nəşriyyatına yeni baş direktor TƏYİN OLUNDU

MEDİA 01 okt 2021, 16:15
"Azərbaycan" nəşriyyatına yeni baş direktor təyin olunub.
 
"Report"un əldə etdiyi məlumata görə, bununla bağlı müvafiq sərəncam imzalanıb.
 
Sərəncama əsasən, Leyla Güləliyeva “Azərbaycan” nəşriyyatının baş direktoru təyin edilib.
 
L.Güləliyeva təyinatla bağlı xəbəri "Report"a təsdiqləyib.

Qeyd edək ki, L.Güləliyeva ləğv edilmiş “Azərmarka” MMC-nin direktoru vəzifəsində çalışıb.
 
Xatırladaq ki, ötən gün “Azərbaycan” nəşriyyatının baş direktoru Ağabəy Əsgərov vəzifəsindən azad edilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top