Ceyhun Bayramov Mirzoyanla nələri müzakirə edib? — Detallar AÇIQLANDI

SİYASƏT 01 okt 2021, 13:50
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Qarabağ məsələsi ilə bağlı yeni açıqlama verib.
 
Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, o, məsələni Minsk qrupu çərçivəsində həll etməyə hazır olduqlarını açıqlayıb.
“Ermənistan Dağlıq Qarabağla bağlı danışıqlar prosesini ATƏT-in Minsk qrupu çərçivəsində bərpa etməyə hazırdı”, - deyə xarici işlər naziri Ararat Mirzoyan açıqlama verib.
 
O bu açıqlamanı çexiyalı həmkarı Yakub Kulxaneklə birgə mətbuat konfransında söyləyib. Mirzoyan Ceyhun Bayramovla və həmsədrlərlə Nyu-Yorkda BMT sessiyası çərçivəsində baş tutan görüşü barədə də danışıb.
“Nyu-York görüşlərində Ermənistan Minsk qrupu çərçivəsində Qarabağ danışıqlarını məlum prinsip və elementlər əsasında bərpa etməyə hazır olduğunu bildirib”.
 
Xatırladaq ki, sentyabrın 24-də Nyu-Yorkda ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə Azərbaycan XİN rəhrəbi Ceyhun Bayramovla Ermənistan XİN başçısı Ararat Mirzoyan arasında görüş baş tutmuşdu.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top