Mahir "Legiya"ya tarixi qələbə qazandırdı

İDMAN 30 sen 2021, 23:01
 Azərbaycan millisinin futbolçusu Mahir Emreli avrokubokların qrup mərhələlərində ilk qolunu vurub.

Demokrat.az-un məlumatına görə, 24 yaşlı hücumçu buna İngiltərə "Lester"inə qarşı UEFA Avropa Liqasının qrup mərhələsinin II tur oyununda nail olub.

Forvard 31-ci dəqiqəsində fərqlənərək, komandasını hesabda önə keçirib - 1:0.

Qeyd edək ki, hazırda görüşdə ikinci hissə oynanılır. Mahir Emreli 2015-ci ildən 2021-ci ilin yayınadək "Qarabağ"ın formasını geyinib. O, bu müddət ərzində qrup mərhələlərində rəqib qapılarına yol tapa bilməyib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top