Türkiyə Təhlükəsizlik Şurası toplandı

DÜNYA 30 sen 2021, 22:39
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə ölkənin Təhlükəsizlik Şurasının iclası keçirilib.

Demokrat.az xəbər verir ki, bu barədə “Anadolu” agentiyi məlumat yayıb.

İclasda qlobal iqlim dəyişikliyi, Əfqanıstan, Suriya, Şərqi Aralıq dənizindəki proseslər müzakirə olunub.

Bildirilib ki, Türkiyə hər bir beynəlxalq məsələdə olduğu kimi, qlobal iqlim dəyişikliyi məsələsində də üzərinə düşən vəzifələri yerinə yetirəcək.
 
Əfqanıstan məsələsində beynəlxalq ictimaiyyətlə birlikdə hərəkət etmək çağırışı edilib.
 
Diqqətə çatdırılıb ki, Yunanıstanın və Cənubi Kipr rəhbərliyinin birtərəfli hərəkətlərinin dəstəklənməsi bölgədəki anlaşılmazlıqları daha da dərinləşdirir.
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top