Azərbaycanda bir ildə nə qədər qadın cinayət törədir?

HADİSƏ 30 sen 2021, 13:57
Azərbaycanda cinayət törətmiş şəxslərin ümumi sayında qadınlarla bağlı göstəricilərdə azalma müşahidə olunur.

Modern.az Dövlət Statistika Komitəsinin rəsmi göstəricilərinə əsasən xəbər verir ki, ötən il cinayət törətmiş şəxslərin ümumi sayı 17 482 nəfər olub. Onlardan 869 nəfər qadındır. Bu rəqəm əvvəlki illərlə müqayisədə xeyli azdır.

Bu azalma məhkum olunanların sayında da özünü göstərir. Belə ki, ötən il məhkum olunan 9946 nəfərdən 399-u qadınlardır.

Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı cinayət törətmiş şəxslərdən 83 nəfər qadınlar olub ki, onlardan da 55-i məhkum edilib.
2020-ci ildə Azərbaycanda 5138 nəfər azadlıqdan məhrum edilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top