Azərbaycanlı idmançıya səkkiz illik cəza verildi

İDMAN 30 sen 2021, 10:10
Azərbaycanın qadın ağırlıqqaldıranı Boyanka Kostovanın cəzası bəlli olub.

Bu barədə Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının (İWF) məlumat yayıb.

Bildirilib ki, dopinq-testi müsbət nəticə vermiş bolqarıstanlı legioner səkkiz il müddətinə yarışlardan diskvalifikasiya edilib.
İdmançının cəza müddəti 2021-ci il mayın 10-dan hesablanır.

Kostovanın orqanizmindən istifadəsi qadağan olunmuş stanozolol anabolik steroidi tapılıb.

Qeyd edək ki, Boyanka Kostova bu il aprelin 5-də Rusiyanın paytaxtı Moskvada keçirilmiş qitə çempionatında 59 kq çəki dərəcəsində qızıl medal qazanıb.

Bu, 28 yaşlı ağırlıqqaldıranın 2012-ci, 2015-ci və 2016-cı illərdən sonra karyerasında dördüncü Avropa çempionluğu olub. O həm də 2015-ci il dünya çempionatında fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
2016-2018-ci illərdə də dopinqə görə cəzalanmış Kostovanın London-2012 Yay Olimpiya Oyunlarındakı nəticəsi ləğv olunub.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top