Bakı-Sumqayıt yolunda tıxac yarandı, hərəkət dayandı


SOSİAL 29 sen 2021, 08:59
Bakı-Sumqayıt yolunda səhər saatlarından etibarən uzun tıxac yaranıb.

Trend-in məlumatına görə, tıxac Saray postu istiqamətindən başlayır. Avtomobillərin sıxlığından Saray postundan Bakı istiqamətinə hərəkət edən nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb.

Dövlət Yol Polisi əməkdaşları Avtomobilləri Bakı istiqamətinə hissə-hissə buraxmaqla yollarda hərəkəti nizamlamağa çalışır.

Yolda yaranan tıxac 20 Yanvar metrostansiyasının yaxınlığına qədər davam edir.

Qeyd edək ki, bu gündən ölkə üzrə ümumi təhsil müəssisələrinin bütün sinifləri üzrə, eləcə də məktəbdənkənar, peşə, orta ixtisas və ali təhsil müəssisələrində ənənəvi şəkildə tədrisə başlanılır.
Bakı-Sumqayıt yolunda uzun tıxac yaranıb, hərəkət məhdudlaşdırılıb - Gallery ImageBakı-Sumqayıt yolunda uzun tıxac yaranıb, hərəkət məhdudlaşdırılıb - Gallery Image


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top