Nicat Nəsirli vəfat etdi


HADİSƏ 29 sen 2021, 08:30
Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri, aqrar məsələlər üzrə tanınmış ekspert Nicat Nəsirli vəfat edib.

Demokrat.az
xəbər verir ki, bu barədə onun dostları “Facebook” səhifəsində məlumat veriblər. Onun dostu Anar Qaraxançallı bunları qeyd edib:

"Nicatla ən son sentyabrın 3-də danışdıq. Beynində bədxassəli şiş müəyyən olmuşdu, bədəninin bir tərəfi tutmurdu artıq. Özü də biraz bədbin idi. Nə qədər ümid verməyə çalışsam da, dedi ki, atam bu bəladan həyatını itirib. Dostlardan halallıq istədi. İki gün sonra Türkiyəyə getdi. Ayın 14-ü və 18-i iki ağır əməliyyat keçirdi. Yoldaşı ilə əlaqə saxlayırdıq. Bir saat əvvəl Nicatı itirdiyimizi bildirdi" - deyə o bildirib.

Allah rəhmət eləsin!


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top